BAKI-QƏBƏLƏ-BAKI QATARI UCARDA DA DAYANACAQ

Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.

Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Hərəkət cədvəli ilə qurumun saytından və ya “ADY Mobile” tətbiqində tanış ola bilərsiniz.