BAKI-QƏBƏLƏ-BAKI MARŞRUTU ÜZRƏ HƏFTƏSONU QATAR REYSLƏRİNİN SAYI ARTIRILIR

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq iyunun 3-dən etibarən qatar reyslərinin sayını artırıb.

ADY-dən bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 8-də Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11-də, həmin günlər Qəbələdən saat 19-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.