BAKI-QƏBƏLƏ-BAKI MARŞRUTU ÜZRƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 20-31 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək.

Dəmiryol vağzallarının kassalarından, ADY saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet almaq mümkündür.