BAKI OLİMPİYA STADİONUNDA AVROPA ÇEMPİONATININ FİNAL MƏRHƏLƏSİNİN TÜRKİYƏ-UELS MATÇI KEÇİRİLİB. AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ OYUNA BAXIBLAR

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.