BAKI MUSİQİ AKADEMİYASINDA “OLA BİLMƏZ” ADLI MÖHTƏŞƏM İNTERAKTİV İLLÜZİYA ŞOUSU

Aprelin 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında 4 seans olmaqla, Azərbaycanda ilk dəfə “Ola bilməz” adlı möhtəşəm interaktiv illüziya şousu təqdim ediləcək.

Ailəvi interaktiv şou proqramda ölkəmizin məşhur sehrbazları tərəfindən nümayiş olunacaq qeyri-adi illüziyalarla tamaşaçıların şounun bir hissəsinə çevrilmək, həmçinin əylənmək imkanları olacaq. Ən aktiv tamaşaçılar xüsusi hədiyyələr qazanacaqlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.