BAKI METROSUNDA QATARLARIN HƏRƏKƏTİ LƏNGİYİB

Metronun “28 May” – “Nizami” stansiyalarının tunel yolunda qatar maşinisti tüstüləmə müəyyən edib və dərhal dispetçerə məlumat verib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bəxtiyar Məmmədov bildirib ki, Bakı metrosunda normativ tələblərə əməl olunaraq dərhal yüksəkgərginlikli xətt çıxarılıb.

“Daha sonra FHN-in yanğınsöndürmə qrupu dəvət edilib. Metronun “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstüləmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlandırma kabelində tüstüləmənin qarşısı alınıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. “Nizami” stansiyasında sərnişinlərin buraxılışı təmin edilib. Qatarların hərəkət intervalı tənzimlənir”, – deyə B.Məmmədov əlavə edib.