Bakı metrosunda elektrik kəsintisi olub.
Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib. Bildirib ki, qısa zamanda elektrik enerjisinin verilməsi bərpa olunacaq:
“”Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.