BAKI-LAÇIN-BAKI REYSİ ÜZRƏ AVTOBUSLARIN HƏRƏKƏTİNDƏ MÜVƏQQƏTİ DƏYİŞİKLİK OLACAQ

Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 kilometrlik hissəsində əlavə təmir işlərinə başlanır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətini nəzərə alaraq, Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti oktyabrın 30-dan müvəqqəti olaraq digər Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.