BAKI FOND BİRJASI BMT-NİN QLOBAL TƏŞƏBBÜS PROQRAMI OLAN WEPS-Ə QƏBUL EDİLİB

Bakı Fond Birjası (BFB) BMT-nin Qadın Agentliyi və BMT Qlobal təşəbbüs proqramı olan Qadınların Səlahiyyətlərinin Artırılması Prinsiplərinə (WEPs) qoşulub.

BFB-dən bildirilib ki, ötən ilin oktyabrında tərəflər arasında ilkin görüş keçirilib, qeyd olunan mövzu barəsində əməkdaşlığın aparılmasına qərar verilib. Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri şirkətləri əmək və insan hüquqları standartları haqqında məlumatlandıraraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təşviq edir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində Bakı Fond Birjası hər il gender bərabərliyinə həsr olunmuş “Açılış zəngi” tədbiri təşkil edir. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir.