BAKI DAİRƏVİ AVTOMOBİL YOLUNUN BİR HİSSƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILACAQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissəsində (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.