BAKI ALİ NEFT MƏKTƏBİNİN “AZE 86.6” KOMANDASI PANAMADA AZƏRBAYCANI TƏMSİL EDİR

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “AZE 86.6” komandası Panama Respublikasında keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edir.

BANM-dən bildirilib ki, “AZE 86.6” komandasının üzvləri BANM-in kompüter mühəndisliyi ixtisasının tələbələri Əlehsan Əliyev, Emin Orucov və İsmayıl Mirzəağayevdir.

Qeyd edək ki, BANM tələbələri Bakıda VI Robot Olimpiadasının final mərhələsində “Future Engineers” kateqoriyasında I yerin qalibi olub və Panamada keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanıblar.

Dünya Robot Olimpiadası noyabrın 9-dək davam edəcək.