BAKI-AĞSTAFA QATARLARINA TOVUZDA DAYANACAQ VERİLMƏSİ BƏRPA EDİLİB

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirlib ki, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.