BAKI-AĞSTAFA-BAKI MARŞRUTU ÜZRƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 19 və 20-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarına ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatlar dəmiryol vağzallarının kassalarından, saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edilə bilər.