
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 30 dekabr-5 yanvarda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Bu barədə ADY-dən məlumat verilib.
Qeyd edilib ki, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.
Bundan əlavə, bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər etmək olar.