
Artan sərnişin tələbatını təmin etmək məqsədilə 15 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.
Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
Bildirilir ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
