BAKI-AĞDAM QATARINA BİLET AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ 7 GÜNLÜK SƏFƏR İCAZƏSİNİ TƏMİN EDİR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə artıq 7 günlük giriş icazəsini təmin edir.

ADY-dən bildirilib ki, bilet rəsmiləşdirilən zaman Daxili İşlər Nazirliyinin elektron portalından sözügedən icazə avtomatik əldə edilir.

Səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla da rahat qayıtmaq mümkündür.