BAKI-AĞDAM-BAKI MARŞRUTU ÜZRƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, ADY sərnişin tələbatını təmin etmək məqsədilə 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.