BAKI-ƏLƏT-QAZAX YOLUNUN 27-Cİ KİLOMETRLİYİNDƏ AVTOMOBİLLƏRİN HƏRƏKƏTİ QİSMƏN MƏHDUDLAŞDIRILACAQ

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Ələt-Qazax yolunun 27-ci kilometrliyində təmir işləri ilə bağlı sürücüləri xəbərdar edib.

BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Ələt-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrliyində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar avqustun 1-i saat 08:00-dan avqustun 24-ü saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.

BDYPİ sürücülərdən hərəkətin təşkilində olunacaq dəyişikliklərin nəzərə alınmasını, qeyd edilən yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl edilməsini və təhlükəsizliyin təmin olunmasını xahiş edib.