BAĞÇALARA QƏBUL BAŞLAYIR

İyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər http://www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.