
Mayın 17-si saat 10:00-dan mayın 18-si saat 20:00-dək Bakı şəhərinin Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd edilən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.