BƏZİ YERLƏRDƏ YAĞINTILI VƏ KÜLƏKLİ HAVA ŞƏRAİTİ DAVAM EDİR

İyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 millimetrdir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 metrədək güclənib.

Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan Muxtar Respublikasında 32, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb.