BƏZİ MAGİSTRAL AVTOMOBİL YOLLARINDA GÖRMƏ MƏSAFƏSİ MƏHDUDLAŞACAQ

Martın 7-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.