BƏZİ BÖLGƏLƏRDƏ GÖZLƏNİLƏN KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI XƏBƏRDARLIQ VERİLİB

Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən xəbərə görə, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Mingəçevir, Gədəbəy, Goranboy, Samux, Şəmkir, Naftalan, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.