BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 16174 NAMİZƏD QEYDƏ ALINIB

Bələdiyyə seçkilərində iştirak etmək üçün 16174 namizəd qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 23 siyasi partiyanın 8429 nəfərdir.

Qeyd edək ki, bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.