BƏHREYN KRALI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram.