BƏDİİ GİMNASTLARIMIZ TBİLİSİDƏN 22 MEDALLA QAYIDIBLAR

Tbilisidə bədii gimnastika üzrə “Keti Cup” beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilir ki, yarışda ölkəmizi “Ocaq Sport” klubunun bədii gimnastları təmsil ediblər. Gimnastlarımız yarışdan Vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla dönüblər.

Turnirdə Maya Kozaçuk 2 qızıl (gürzlər, top), 1 gümüş (çoxnövçülük), Selin Yusifova 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top), Sara Cəlilli 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətsiz), 1 bürünc (top), Nilufər Qasımova 1 qızıl (alətsiz) və 1 gümüş (çoxnövçülük) medala sahib olublar. Suada İskakova 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz), Röya Alıkişiyeva 1 qızıl (halqa), 1 bürünc (gürzlər) və Alsu Abdullayeva 1 qızıl (alətsiz) medalla Vətənə qayıdıblar. Beynəlxalq turnirdə Ahu Aslanova (alətsiz), Fərəh Həsənova (alətsiz), İnara Abıyeva (top) və Beril Yalın (top) gümüş medala sahib olublar. Leyla Azaqova çoxnövçülükdə, Ayla Abbaszadə isə gürzlərlə yarışda üçüncü olublar.