Bədii gimnastika üzrə Azərbaycan milli komandası 40-cı dünya çempionatında iştirak etmək üçün İspaniyanın Valensiya şəhərinə yola düşüb.
Federasiyadan verilən məlumata görə, yığmamızın heyətində fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan yer alıb.
Qeyd edək ki, yarış 23-27 avqust tarixləri arasında təşkil olunacaq.