BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN HAKİMLƏRİ BEYNƏLXALQ KURSLARDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRİBLƏR

Azərbaycan hakimləri bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarında yüksək nəticə göstəriblər.

Gimnastika Federasiyasından bildiriblər ki, iki günlük kurslarda iştirak edən Azərbaycan hakimlərindən 14-ü fərqlənib.

Həm fərdi, həm qrup hərəkətləri proqramı üzrə Vəfa Bəkərova 2-ci, Züleyxa İsmayılova, Ləman Hacızadə, Elnarə Hüseynova, Aysel Həsənova, Kamil Quliyev, Nəzrin Cəfərzadə və Nigar Musazadə 3-cü kateqoriyaya yiyələniblər.

Fərdi proqram üzrə Gülsüm Əsədova, Ayna Məmmədova, Nəzirəxanım Fərədova 3-cü, Aleksandra Reyş 2-ci kateqoriyaya layiq görülüb. Qrup hərəkətləri proqramında isə Aleksandra Reyş, Səbinə Hacıyeva 3-cü, Ayna Məmmədova, Nəzirəxanım Fərədova və Siyasət Əmiraslanova 4-cü kateqoriyanı əldə ediblər.