BƏDİİ GİMNASTİKA ÜZRƏ 28-Cİ AZƏRBAYCAN ÇEMPİONATI – ÇOXNÖVÇÜLÜK ÜZRƏ QALİBLƏR MÜƏYYƏNLƏŞİB

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Yeniyetmələr (2008-2010) arasında fərdi çoxnövçülükdə (top, halqa, gürz, lent) Nuray Əhmədzadə (Bakı gimnastika məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Şəms Ağahüseynova (“Ocaq Sport” klubu) ikinci yeri tutub, üçüncü yeri isə Nəzrin Abdullayeva (“Qrasiya” idman klubu) tutub.

“Böyüklər” yaş kateqoriyasında (2007-ci il və daha yuxarı) Zöhrə Ağamirova birinci, Alina Gözəlova ikinci, İlona Zeynalova isə üçüncü yeri tutub. Hər üç gimnast “Ocaq Sport” klubunun yetirmələridir.