“AZERGOLD” 2023-CÜ İLDƏ HASİLATI ARTIRIB

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl hasilatı 63,7 min unsiyaya çatdırılıb.

Səhmdar Cəmiyyətdən verilən məlumata görə, 2022-ci illə müqayisədə ötən il 1,7 min unsiya artım (3 faiz) qeydə alınıb. Bu, həm də fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir.

2024-cü il üçün qızıl hasilat planı isə 2023-cü illə müqayisədə 9 faiz artaraq 70 min unsiya təşkil edir.