AZAL SƏRNİŞİNLƏRİ ÜÇÜN ONLAYN QEYDİYYAT İMKANLARINI GENİŞLƏNDİRİR

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Qeyd edilib ki, indi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər:

“AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.

Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.

Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.

Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar”.