AZAL: İSTİNTAQ PROSESİ BAŞA ÇATANADƏK BAKI-QROZNI-BAKI VƏ BAKI-MAHAÇQALA-BAKI MARŞRUTLARI ÜZRƏ REYSLƏR DAYANDIRILIR

İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.