AZAL İKİ MİLYONUNCU SƏRNİŞİNİNİ MÜKAFATLANDIRIB

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb.

“Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, aviaşirkət bu ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişini təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Cari ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60 faiz, ölkədaxili istiqamətlərdə isə 10 faiz artım müşahidə olunub.