AZAL BUGÜNKÜ BAKI-KAZAN REYSİNİ LƏĞV EDİB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti yanvarın 8-nə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.

AZAL-dan bildirilib ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir.

Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.