GECİKƏN BAKI-NAXÇIVAN REYSİ YOLA DÜŞÜB 

“Azərbaycan Hava Yolları” aviaşirkətinin əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.

AZAL-dan verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.