AZAL BAKİ-MOSKVA-BAKİ REYSİ İLƏ AZƏRBAYCANA HANSİ VƏTƏNDAŞLARİN GƏLƏ BİLƏCƏYİ İLƏ BAĞLİ MƏSƏLƏYƏ AYDİNLİQ GƏTİRİB.

Şirkətin açıqlamasında Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslərin ölkəmizə buraxıla biləcəyi açıqlanıb:
– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə – həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.