AZAL BAKI-ALMATI AVİAREYSLƏRİNİ LƏĞV EDİB

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
AZAL-ın mətbuat xidmətindən bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.
Qeyd edək ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.