“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) avqustun 9-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.
AZAL-dan bildirilib ki, cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək: Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.
Aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kiloqrama qədər ekonom sinfində və 32 kiloqram biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Həmin reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Hindistana getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla https://www.azal.az/az/information/covid-india link vasitəsilə tanış olmaq tövsiyə olunur.
Azərbaycana giriş qaydaları haqqında məlumatla https://www.azal.az/ru/information/covid-azerbaijan linkindən ətraflı tanış olmaq olar.