AZAD OLUNMUŞ RAYONLARDA QOŞUNLARIN FASİLƏSİZ HƏRƏKƏTİ TƏMİN EDİLİR

İşğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.