AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ ÖTƏN HƏFTƏ MİNALARDAN TƏMİZLƏNƏN ƏRAZİNİN SAHƏSİ AÇIQLANIB

Ötən həftə azad olunan ərazilərdə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, yanvarın 9-dan 14-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 1 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 0,0955 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.