AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ MƏDƏNİ İRSƏ QARŞI TÖRƏDİLMİŞ VƏHŞİLİKLƏRLƏ BAĞLI HESABAT HAZIRLANIB

İşğaldan azad olunmuş ərazilərdə bizim mədəni irsimizə qarşı törədilmiş vəhşiliklərin bütün dünyaya çatdırılması üçün növbəti hesabat hazırlanıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, sözügedən hesabat ilin sonuna qədər təqdim olunacaq.

“İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi-siyasi dairələrinin törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq bizim əsas hədəfimizdir” – deyə o qeyd edib.