
Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan mina təmizləmə maşınlarından istifadə olunacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, ANAMA minatəmizləmə prosesində yeni texnikalardan istifadə edir.
Bilirsiniz ki, artıq Azərbaycan minarə izləyən maşın istehsal edir. Bu il ərzində biz həmin yerli istehsal minatəmizləmə maşınlarından əldə edəcəyik”.