AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ 300-DƏN ÇOX YERALTI SU KƏHRİZİ MİNALANIB

Azad olunmuş ərazilərdə 300-dən çox yeraltı su kəhrizi mina və sursatlarla çirkləndirilib.

Bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.