Azad olunan ərazilərdə ermənilərin narkotik plantasiyaları aşkarlanıb.
Bunu REAL televiziyasında “Mirşahinin vaxtı” verilişinə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, bu istiqamətdə işlər davam etdirilir: “Torpaqlarımız işğaldan azad ediləndən sonra Daxili İşlər Nazirliyinin əməkdaşları bu cür faktlar aşkarlayıblar. Bu istiqamətdə işlər davam etdirilir”.