AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİMİZİN BAŞ PLANLARININ HAZIRLANMASI ÜÇÜN 25 MİLYON MANAT AYRILIB – MALİYYƏ NAZİRİ

Ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.