
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildiriblər ki, oktyabrın 30-dan noyabrın 5-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 24 mina və 649 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 1536,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.