AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ DAHA 205 MİNA, 625 PHS AŞKARLANIB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, oktyabrın 7-dən 13-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 141, tank əleyhinə 64 mina və 625 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1198.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.