AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ DAHA 194 PİYADA ƏLEYHİNƏ MİNA AŞKARLANIB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

Bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.