AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ALTI MODUL TİPLİ XƏSTƏXANA TİKİLƏCƏK

İşğaldan azad edilmiş ərazilərdə altı ədəd modul tipli xəstəxana tikilməsi prosesi gedir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

O qeyd edib ki, Şuşada artıq modul tipli xəstəxana tikilib.

“Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi prosesi gedir, sənədləşdirmə işləri həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”, – deyə o bildirib.