AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ABİDƏLƏRİN BƏRPASI ÜÇÜN “YOL XƏRİTƏSİ” HAZIRLANIB

Aşkar edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır. Bu qruplaşdırmadan sonra artıq həmin abidələrin bərpası üçün “yol xəritəsi” hazırlanmalıdır ki, biz də nazirlik səviyyəsində artıq bunu etmişik.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazirin sözlərinə görə yalnız bundan sonra bərpa işləri planlı şəkildə inkişaf edə bilər: “Bu prosesdə bizə Heydər Əliyev Fondu, Şuşa Dövlət Qoruğu, Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəlikləri yaxından kömək edir”, – deyə nazir vurğulayıb.